Uill Smitin şillə vurduğu Kris Rokdan İLK AÇIQLAMA - Ciddi və gülməli...

Uill Smitin şillə vurduğu Kris Rokdan İLK AÇIQLAMA - Ciddi və gülməli...

Hazırda oxunan: Uill Smitin şillə vurduğu Kris Rokdan İLK AÇIQLAMA - Ciddi və gülməli...

67488

Komediya ustası Kris Rok "Oscar" mükafatlandırma gecəsində Hollivud ulduzu Uill Smitin ona şillə vurması haqqında ilk dəfə danışıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə ötən gün Bostonda baş tutan stand-up şousunda çıxış edib.  

“Həftə sonum necə keçdi? Hələ ki, baş verənlərlə bağlı deyəcək sözüm yoxdur və bu barədə eşitmək üçün buradasınızsa, təəssüf edirəm.

Nə vaxtsa bu mövzuda danışacağam. Bu, ciddi və gülməli olacaq. Hələ də bu hadisəni özlüyümdə dərk etməyə çalışıram” – deyə Rok qeyd edib. 

Xatırladaq ki, Uill Smit həyat yoldaşı Cada Smitin qısa saçları ilə zarafat etdiyi üçün Kris Roka şillə vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO