Cavan Zeynallı:

Cavan Zeynallı: "Ölüm xəbərim yayılanda evdə xoruldayırdım"

Hazırda oxunan: Cavan Zeynallı: "Ölüm xəbərim yayılanda evdə xoruldayırdım"

66456

“Həmin gecə saat 4-də dünyasını dəyişən var idi. O da cazmen idi. Sintezatorda ifa edirdi. Biri yatmış halda dedi ki, Canik rəhmətə getdi. Hansı Canik? Canik 1 dənədir. Mən də həmin vaxt evdə xoruldayıram”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri ötən ay ölüm xəbəri yayılan Xalq artisti Cavan Zeynallı "Həmin Zaur" verilişində səsləndirib. 

“Səhər 6 idi, həyat yoldaşım Röya Qusardan zəng etdi. Deyir, Tofiq (cazmen) yığmışdı, soruşurdu ki, necə oldu Cavan rəhmətə getdi? Bütün şəhər ondan danışır. Dedim ki, gül kimi yatmışdım, necə yəni rəhmətə gedib?", - deyə C. Zeynallı əlavə edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO