Xalq artisti Səidə Quliyevanın yubileyidir: “Üzümüz, könlümüz gülsün” - FOTO

Xalq artisti Səidə Quliyevanın yubileyidir: “Üzümüz, könlümüz gülsün” - FOTO

Hazırda oxunan: Xalq artisti Səidə Quliyevanın yubileyidir: “Üzümüz, könlümüz gülsün” - FOTO

63255

Martın 5-i Azərbaycanın Xalq artisti, tanınmış sənətkar Səidə Quliyevanın doğum günüdür.  O 65 illik yubileyini qeyd edir. Ad günlərini xüsusi təmtəraqla keçirməyi sevməyən Səidə Quliyeva ailəsi, doğmaları ilə birlikdə olacaq.

Sənətkar doğum günü ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb:

“Bu gün mənim yubileyim, daha doğrusu yarım yubileyimdir. Adətən, 65 yaşı yarım yubiley sayırlar. Baxmayaraq ki, 60 illik yubileyim də qeyd olunmadı.

60 illik yubileyim münasibətilə Teatr Xadimləri İttifaqı mənə “Sənətkar” medalını təqdim etmişdi. 2019-cu ildən isə Prezident təqaüdçüsüyəm.

Sizə deyim ki, özümə aid olan ad günlərimi xüsusi qeyd etməyi, təmtərağı sevmirəm. Bacılarım deyir ki, ailə üzvlərimizlə birlikdə xüsusi məclis təşkil edək, ad gününü evdən kənarda  keçirək. Açığı həvəsim olmur. Belə günlərdə mənim üçün ən böyük hədiyyə evdə, ailəmlə birlikdə süfrə arxasında əyləşməkdir. Yoldaşımın, oğlum Fərhadın ad günü olanda üçümüz otururuq. Çox sadə süfrə açıram. Deyib, gülürük, əhvalımızı xoş edirik.

Mən düşünürəm əsl bayram, əsl məclis elə budur. Əsas odur ki, üzümüz, könlümüz gülsün. Qəlblərimiz bayram etsin. Allah bütün analara can sağlığı versin. Evimizin ağbirçəyi anamdır.

Bu gün də süfrəmizin başında anam, ailə üzvlərim, doğmalarım əyləşəcək. Məni sevən, təbrik edən, diqqət göstərən hər kəsə təşəkkür edirəm”.

Bizim.Media olaraq Azərbaycanın teatr və kino sənətində xüsusi yeri, çəkisi olan dəyərli sənətkarımızı təbrik edirik.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO