Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

Hazırda oxunan: Cennifer Lopez Coachella səhnəsinə parlaq bodidə çıxdı - FOTO

606658

Müğənni və aktrisa Cennifer Lopez Coachella festivalında səhnəyə çıxışı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, 56 yaşlı sənətçi Kaliforniyanın İndio şəhərində keçirilən məşhur musiqi festivalında ilk dəfə çıxış edib. Lopez festivalın ikinci günündə DJ David Guettanın çıxışı zamanı səhnəyə çıxıb.
 

O, dərin sinə dekolteli, daş-qaşlarla bəzədilmiş parlaq bodidə tamaşaçıların qarşısına çıxıb. Sənətçi obrazını tor corab və xəz örtüklə tamamlayıb. Cennifer Lopez səhnədə açıq saç düzümü və parlaq makiyajla görünüb.


Xatırladaq ki, mart ayında Lopez studiyada kamera qarşısına dar bej rəngli mikro libas və şəffaf hündürdaban ayaqqabıda çıxmışdı.

Bundan əvvəl isə sənətçi Las-Veqasdakı konserti zamanı da parlaq bodidə səhnəyə çıxmışdı. “On the Floor” mahnısını ifa edərkən o, büdrəyərək az qala səhnədən yıxılırdı. Buna baxmayaraq, Lopez özünü itirməyib və çıxışını davam etdirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO