Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Hazırda oxunan: Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

603530

"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxumaq tərbiyəsizlikdir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində deyib.

O, toylarda yaşadığı problemlərdən söz açıb:

"Mikrofondan doymayan ifaçılar var. Məndən sonra gələn müğənni deyir ki, tələsirəm, 2 mahnı oxuyacağam, olar sənin yerinə çıxım?  İki mahnı olur 1, bəzən 2 saat. Özümə söz vermişəm, heç kimə güzəştə getməyəcəyəm.
 

Guya tələsir, bir də görürsən salonda dostları ilə oturub. Vaxtında gəlib mahnılarınızı oxuyun. Bunu xarici ölkələrdə edə bilməzsən. Artıq bəllidir ki, bir çox sahələrdə monopoliyalar var. Amma musiqi sahəsində bu vəziyyət ağlamalıdır.


Məsələn, təşkilatçıya deyirsən ki, məclisi filan müğənni aparsın. Yalandan deyir, həmin gün toyu var. Heç həmin müğənni ilə danışılmır. Dostu olan digər müğənnini məsləhət görür.  Çünki oradan 10 manat cibinə gedəcək". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO