Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Hazırda oxunan: Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

603200

Əməkdar artist Bəhram Bağırzadə “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, mərhumun arxiv fotolarını paylaşaraq bunları yazıb:

“Bu gün KVN komandası “Parni iz Baku”nun əfsanəvi müəlliflərindən biri - Elnur Məmmədov dünyasını dəyişdi.

O, təkcə “Parni iz Baku” komandasının müəllifi deyil, həm də bütün Sovet İttifaqı və MDB miqyasında tanınan bir şəxsiyyət idi. Komandanın Moskvada qazandığı çempionluq zarafatlarının təxminən 80%-i məhz ona məxsus idi.
 

Elnur Məmmədov olduqca çoxşaxəli insan idi, tarixçi, rəssam, hərbçi. Onun çoxlu istedadı və müxtəlif tərəfləri var idi və hər birində həqiqətən güclü idi.


Onun zarafatları və səhnə nömrələri sayəsində bu sətirlərin müəllifi KVN-in tanınmış aktyoruna çevrildi. İnsanlar məni məhz onun parlaq, savadlı, dərin və intellektual yumoru sayəsində tanıyırdılar. Söz tapmaq çətindir. Allah rəhmət eləsin”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO