“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Hazırda oxunan: “Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

603169

"Həm tikiş sexim, həm də çörəkxanam olub. 60 nəfər insan çalışırdı. Çox yaxşı idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Zarafat bir yana" proqramında deyib. Müğənni bir vaxtlar olan biznesindən danışıb.

N.Musayev saç düzümünü və geyimini müzakirə edənlərə belə reaksiya verib:

"Bir dəfə qardaşım dedi ki, məni biabır etmisən. Rayonda deyirlər ki, bu nə saçdır, get onu qırxdır, adam kimi geyin. Getdim saçımı yığdım, başıma da papaq qoydum. Gəlib, dedim ki, necədir? Baxdı ki, get, öz geyimini geyin. Bunu qırxdırsam nə olacaq? Necə varam eləyəm. Qəbul edirsiniz edin, etmirsiniz etməyin. Dünyamı dəyişəndə də bu cür olacağam.

Gətirdiyim yenilik tək saç deyil. Əvvəl düz durub oxuyurdular. Səhnəyə sərbəstlik gətirdim, tamaşaçı ilə ünsiyyətdə oldum. Yeni aranjimanlar gətirdim, ansambıl yaratdım. Muğam oxuyan olmuşam. Cins şalvarı da mən geyinmişəm. Səhnə görkəmim düz, geyimim yerində olsun çalışıram".

Formada qalmasından danışan ifaçı "İdman edirəm. Yoqaya gedirəm. Nə oldu yeməyin. Yeyin, mədə boş olmasın. Yağlı qidalardan uzaq durun" məsləhətlərini verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO