“Qavaldaş nağara” maketi sındırıldı, Natiq Şirinov qalib gəldi - FOTO

“Qavaldaş nağara” maketi sındırıldı, Natiq Şirinov qalib gəldi - FOTO

Hazırda oxunan: “Qavaldaş nağara” maketi sındırıldı, Natiq Şirinov qalib gəldi - FOTO

601422

Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında xeyli vaxtdır davam edən məhkəmə prosesi sonlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə N. Şirinov məlumat yayıb.

O bildirib ki, “Qavaldaş nağara” ideyasının özünə məxsus olduğu təsdiqlənib:

“Azərbaycan Respublikasının məhkəməsinin qərarı ilə təsdiq olundu ki, "Qavaldaş nağara" ideyası və əsəri Natiq Şirinova məxsusdur.

Məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış "Qavaldaş nağara" maketi məhv edildi və cərimə ödənildi. Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil. Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir: bu məsələlər qanun qarşısında həll olunur və olunacaq. Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır”.

Qeyd edək ki, Natiq Şirinov keçmiş qrup üzvünü məhkəməyə vermişdi. O, Ramil Cahangirovu ona məxsus "qavaldaş nağara" əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb və məhkəmə iddianı əsassız sayaraq rədd edib.

Sonra iş Sumqayıt Apellyasiya Məhkəməsinə gedib. Məhkəmə Natiq Şirinovun iddiasını qismən təmin edib. Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Ramil bu qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO