“Məryəm”lə yolları bu dəfə həbsxanada kəsişəcək

“Məryəm”lə yolları bu dəfə həbsxanada kəsişəcək

Hazırda oxunan: “Məryəm”lə yolları bu dəfə həbsxanada kəsişəcək

600718

Türkiyənin məşhur serialı “Uzak şehir”ə yeni aktrisa daxil olacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirib ki, 55-ci bölümdə serialda yer alacaq Ceren Moray “Cihan Albora”nın keçmiş sevgilisi olan Məryəm obrazını canlandıracaq.
 

Bu obraz üçün çox sayda qadın aktrisa ilə görüş keçirilib. Əsas tələb isə “Məryəm”ə həyat verəcək şəxsin güclü aktyorluq qabiliyyətinə malik olması olub.


Ssenariyə əsasən, illər əvvəl “Cihan”la toy günü baş verən silahlı hücumdan sonra yollarının ayrılması və Cihanın başqa bir qadınla evlənməsi “Məryəm”in həyatını alt-üst edib.

Uzun müddətdən sonra “Məryəm”lə “Cihan”ın yolları həbsxanada yenidən kəsişəcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO