Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı “Xəzər axşamı” verilişində danışıb.
O, proqramların birində əsəbiləşdiyi üçün ürəyində problem yarandığını bildirib:
“Verilişlərin birində əsəbiləşdim, yəqin ki, bilmədən oldu. Amma gözləməzdim ki, məni belə əsəbiləşdirə bilərlər. Birdən oğlum və gəlinim haqqında sual verməyə başladılar.
Əsəbiləşdim ki, məndən danışın. Bu, birbaşa ürəyimə təsir etdi. Açıq ürək əməliyyatı olunacaqdım, damarlarım tutulmuşdu. Amma sonra stent qoydular. İndi dərman yazıblar. Ömrümün sonuna qədər onu qəbul etməliyəm. Çox xahiş edirəm aparıcılardan, mənim üçün hər şey ləyaqətdir. Bunu heç kim tapdaya bilməz.
Bu yaşa kimi buna icazə verməmişəm. Müğənnilər də yerdən çıxmayıb, hamının ata-anası var. Elə suallar verirlər ki... Demişəm ki, etməyin. Xəbərdarlıq etmişəmsə, deməli, olmaz". (axsam.az)
Bizim.Media































































































