Elcan Dubayda çətin vəziyyətdə QALDI: “Qiymətlər ikiqat bahalaşıb, xərclər qarşılanmır” - VİDEO

Elcan Dubayda çətin vəziyyətdə QALDI: “Qiymətlər ikiqat bahalaşıb, xərclər qarşılanmır” - VİDEO

Hazırda oxunan: Elcan Dubayda çətin vəziyyətdə QALDI: “Qiymətlər ikiqat bahalaşıb, xərclər qarşılanmır” - VİDEO

599263

Aktyor Elcan Rəsulov hava yolları bağlandığı üçün Dubaydan qayıda bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Elcan video paylaşıb. O bildirib ki, hoteldə qalmağa davam etmək istəsə də, qiymətlər ikiqat bahalaşıb:

“Bəzi saytlar yazıblar ki, Birləşmiş Ərəb Əmirlikləri ölkəsinə qayıda bilməyən turistlərin xərcini öz üzərinə götürüb. Şərhdə də hamı tərifləyir. Amma belə şey yoxdur.
 

Bu gün mənim vaxtım bitdi, yaxınlaşdım ki, biletim var, getməliyəm, gedə bilmirəm, burada pulsuz qalacağam? Dedi, yox. Otağın müddətini uzatmaq barədə soruşdum, 100 dollar olan otaq 200 dollar olub, 200 dollara olan 400 dollar olub.


Qiymətlər ikiqat qalxıb. AZAL yazdı ki, uçuş ləğv olundu, nə vaxt baş tutacağı barədə məlumat verilməyib. Ara-sıra səslər gəlir. Dünən də bizi yığıb təlimat verdilər”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO