Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı da efirlərlə bağlı gedən müzakirələrə qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə feysbukda status paylaşıb.
O, bu məsələdə aparıcıların cəzalandırılmalı olduğunu bildirib:
“Müğənnicikləri niyə qınayırsınız ki? Onları “müzakirə mövzusuna” çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır.
Çalıb-oxuyanlara əttökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə “aparıcılar”dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, camaatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!
Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir”.
Sara, Bizim.Media
































































































