Müğənni Aysel Əlizadə efirdə göz yaşı töküb.
Bizim.Media xəbər verir ki, “Qonaqcanlı”da qonaq olan Aysel uşaqlıq illərindən və anasından danışıb.
Göz yaşlarını saxlaya bilməyən A. Əlizadə bunları söyləyib:
“Heç vaxt yadımdan çıxmır, uşaq vaxtı anam evə ət almışdı. Gördüm ki, evdə fırlanır, dedim, ana nə olub? Oturub hönkür-hönkür ağladı, əti itirmişdi. Böyük həyəcanla gəlmişdi ki, bizə ət yeməyi bişirəcək.
Biz övlad kimi anamdan ət istəməmişik, makaron bişirib yemişik. Anama nəsə istədiyimi deyə bilmirdim. Ürəyimdən çox şey keçirdi, amma demirdim. Deyirdim, ana qorxma, mən böyüyüm, sən işləməyəcəksən, sənə paltarlar alacam, salonlara aparacam”.
Sara, Bizim.Media































































































