“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

“Xəzər axşamı” adından DƏLƏDUZLUQ

Hazırda oxunan: “Xəzər axşamı” adından DƏLƏDUZLUQ

592378

Aparıcı Mətanət Əliverdiyevanın verilişinin adından istifadə edərək dələduzluq etməyə cəhd ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı "Xəzər axşamı" verilişində danışıb:

"Bu gün evimizin bir rəfiqəm mənə zəng edib və deyir ki, yaxın olduğu bir müğənni mənim verilişimdə qonaq olacaq. Mən də proqramıma bu gün kimlərin dəvət olunduğunu bilirəm. Deməli, bir nəfər həmin müğənniyə bizim prodüserimizin adından zəng edib və deyib ki, "Mətanət xanımın verilişinə dəvətlisən, amma ki, kartıma 200 manat göndər".

Rəfiqəm bu hadisəni mənə danışan kimi, qıcıqlandım. Bilirəm ki, bizim əməkdaşımız belə iş görməz. Həmin şəxsin nömrəsini istədim və bizim prodüserimiz olmadığını öyrəndim. Yenə başlandı, bu məsələlər bir ara səngimişdi. Bu 200 manatla nə varlı, nə də kasıb olacaqsınız. Amma sizin ikiüzlü olduğunuz üzə çıxdı". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO