Müğənnilər Nüşabə Musayeva ilə Ofeliya Şabanova arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə N. Musayeva “Rəngarəng” verilişində danışıb.
O, Ofeliyanın verilişlərin birində ona söz atdığını bildirib:
“Ofeliya ilə nə problem ola bilər? Başını başlara qoşa bilər, amma mən o deyiləm. Qonaq olduğu verilişdə mənim istifadə etdiyim ifadəni işlədib. Bu sahədə həmin ifadəni yalnız mən dilə gətirmişəm. Mən də o sözü deyəndə deməmişəm ki, yaxşı iş görmüşəm. Sadəcə insanlara demişəm ki, sizin qarşınızda günahımla, savabımla, yaxşı və pis əməllərimlə varam. Açıq şəkildəyəm.
Mən Nüşabə Musayevayam, hamı kimi olmaq istəmirəm. Mənimlə kimsə dirəşsə, ağ bayraq qaldırana qədər əl çəkmərəm. Deyirsən ki, sənətim var, ona şübhəmiz yoxdur, gözəl səsin var. Sən yenə də məni bəyənmirsən, amma mənim səsləndirdiyim sözlə reklam olundun.
Onu çox paylaşdılar. Bu söz sənin əxlaqına ziddirsə, niyə o ifadəni işlədirsən? Çox əxlaqlısan, ağzına gətirmə o sözü. Ailən, sənətinlə məşğul ol, mənimlə nə işin var? Sən girən kol deyil, ağıllı ol”.
Sara, Bizim.Media





























































































