Xalq artisti Mələkxanım Eyubova yeni doğulacaq nəvəsindən danışıb.
Bizim.Media xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan müğənni bloger qızı Nəzrinin hamiləliyi ilə bağlı paylaşımından bəhs edib:
"Hər şey öz məqamında bildiriləndə, paylaşılanda yaxşı olur. Bizim həyatımızın mənasıdır, təbii haldır. Allah hər bir cütlüyə qismət etsin. Hər kəsin bir duası var ki, hamı deyir oğullu, qızlı olsunlar. Onların xoşbəxt olduğunu və valideyn olduqlarını görəndə sevinirik".
Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. M.Eyubovanın dörd övladı var. (Axsam.az)




Bizim.Media































































































