QALMAQAL: Niyaməddin Musayevin qızı Qumralın ifasına İCAZƏ VERMƏDİ - VİDEO

QALMAQAL: Niyaməddin Musayevin qızı Qumralın ifasına İCAZƏ VERMƏDİ - VİDEO

Hazırda oxunan: QALMAQAL: Niyaməddin Musayevin qızı Qumralın ifasına İCAZƏ VERMƏDİ - VİDEO

591926

Xalq artisti Niyaməddin Musayevin qızı Röya xanım müğənni Təranə Qumralın qızı Qumralın ifasını Youtube-dan sildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Tarixin bir günü” verilişində məlumat verilib.

Proqrama canlı bağlantı ilə qoşulan Qumral N. Musayevin “Dünya mənim, dünya sənin” mahnısı üçün Röya xanımdan icazə aldığını, lakin onun ifaçını bloka atdığını iddia edib:

“Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə?”.

N. Musayevin qızı efirə zəng edərək Qumralın açıqlamasını yalanlayıb və bunları söyləyib:
 

“O, mənə heç nə yazmayıb. Sizdən xahiş edirəm, bizi bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, bu mahnını oxumaq üçün ona icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. Həm də o xanım ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, işimizə peşəkar yanaşmışıq. İcazə alınmalıdır”.


Qeyd edək ki, Niyaməddin Musayev Qumralın anası T. Qumralın həyat yoldaşı, müğənni Musa Musayevin əmisidir. Sənətçilər illərdir küsülüdür.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO