Niyaməddin Musayev: "Mən bəstələdiyim mahnını satmıram, ayıbdır"

Niyaməddin Musayev: "Mən bəstələdiyim mahnını satmıram, ayıbdır"

Hazırda oxunan: Niyaməddin Musayev: "Mən bəstələdiyim mahnını satmıram, ayıbdır"

591922

"Şöhrət" ordeni ilə təltif olunandan sonra ulu öndər Heydər Əliyev mənə məktub yazdı. O özü də çıxışında dedi ki, "Niyaməddin Musayevin 60 illik yubileyini təbrik etdim və ona məktub göndərdim".

Məktubda da yazmışdı ki, milli estradanın təməlini qoyan bir novator, bir bəstəkar, bir sənətkar kimi sizi təltif edirəm. Bu, ulu öndərin mənə verdiyi qiymət idi. Bütün orden və medallarla təltif olunmuşam. Dövlət mənə hər cür diqqət göstərir".

Bizim.Media xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.
 

O, daha sonra əlavə edib: "Biri var ifaçı, biri də var yaradıcı ifaçı. Dünyanın hər yerində mənim nəğmələrimi ifa edirlər. Hətta Afrikada da ifa edilir. İspan, ərəb, ingilis dillərində mahnılarımı oxuyanlar var. Bu bizim Azərbaycan mədəniyyətinin təbliğatıdır. Bundan gözəl nə ola bilər ki?


Mən bəstələdiyim mahnını satmıram. Ayıbdır, adam öz sənətini satarmı? "YouTube"da mahnılarıma baxışdan pul gəlir. Əqli Mülkiyyət Agentliyi qonorarımı göndərir. Bu, bir qayda olaraq belədir. Mən həm xalqımıza minnətdaram, həm də millətimizə".

Niyaməddin Musayev paytaxtdan kənarda yaşamasından da danışıb:

"Əhmədlidə yaşayıram. Prezident şəhərin mərkəzində mənə ev vermişdi. Uşaqlara görə evi dəyişdim ki, övladlarıma yaxın olum, qonşu olum. Çünki onlar Əhmədlidə yaşayırlar. Ona görə də mərkəzdən uzaqda oluram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO