Müğənni Nazənin Salayeva efirdə kövrəlib.
Bizim.Media xəbər verir ki, Nazənin “Tarixin bir günü” verilişində mərhum ailə üzvlərindən söz açıb.
Nazənin deyib ki, artıq ölümdən qorxmur: “Kim deyirsə, yorulmuram, yalan danışır.
İnsan həyatda yorula bilir. Haqsızlıqdan yorulmuşam. Ən çox da əzizlərimi itirməkdən yorulmuşam. Sağıma baxıram kimsə yoxdur, soluma baxıram yoxdur. Əvvəllər ölümdən elə qorxurdum ki… Yas mərasimlərimdə qorxub tez çıxırdım.
Əzizlərim oradadır deyə heç qorxmuram. Çünki o biri dünyada atam-anam, sevdiyim qardaşlarım, babam-nənəm, dayılarım, bibim var. İnsan yaşa dolduqca həyatı dərk edir”.
Sara, Bizim.Media





























































































