"Kral Aslan" cizgi filminin rejissoru vəfat etdi – FOTO

"Kral Aslan" cizgi filminin rejissoru vəfat etdi – FOTO

Hazırda oxunan: "Kral Aslan" cizgi filminin rejissoru vəfat etdi – FOTO

591496

Amerikalı rejissor və ssenarist Rocer Allers 76 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı prodüser, rejissor Deyv Bossert sosial şəbəkədə məlumat yayıb.

Allersin ölüm səbəbi hələlik açıqlanmayıb.
 

Qeyd edək ki, Rocer Allers uzun illər “Walt Disney”də animator, ssenarist və rejissor kimi çalışıb. O, “Disney”in "Kral Aslan" filminin əsas yaradıcılarından biri olub və həmçinin "Su Pərisi", "Gözəl və Bədheybət", "Ələddin", “İmperatorun yeni macəraları”, "Ov mövsümü" və digər cizgi filmləri olan məşhur layihələrə töhfə verib.


Allers Disney animasiyasının "qızıl dövrü"nün ikonik simalarından biri hesab olunurdu və onun əsərləri qlobal pop mədəniyyətinin bir hissəsinə çevrilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO