Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Hazırda oxunan: Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

591439

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində çıxış edəcək. 

Bizim.Media xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. 
 

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılarla görüşəcək. Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.


Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO