Van Dammın azərbaycanlı gəlinindən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA - FOTO

Van Dammın azərbaycanlı gəlinindən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: Van Dammın azərbaycanlı gəlinindən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA - FOTO

591029

Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini Suada Hacızadə ailəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Suada instaqramda paylaşım edib.

O, ana olması ilə bağlı yayılan xəbərləri yalanlayıb:

“Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir.
 

Bunu artıq görməzdən gəlməyəcəyəm. Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil. İnternetdə gördüyünüz hər şeyə yoxlamadan inanmaq maraq deyil. Bu, tənqidi düşüncənin olmamasıdır.


Saxta xəbərlərlə maraqlandıqda və onları yaydıqda, siz problemin bir hissəsinə çevrilirsiniz. Yalan və saxta məlumat yaymaq cahillikdir”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO