Müğənni Zeynəb Həsəni verdiyi səmimi açıqlama ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi geyim tərzi və şəxsi prinsipləri ilə bağlı danışaraq bildirib ki, tərbiyəsini və əxlaqını ilk növbədə öz dəyərlərinə uyğun şəkildə qoruyur. Zeynəb Həsəni qeyd edib ki, cavan və subay olmasına baxmayaraq, açıq-saçıq geyinməyi seçmir:
"Gənc və subay qızam. İstəsəm, mən də açıq-saçıq geyinərəm. Amma istəmirəm ki, atam utanaraq küçəyə çıxsın. Qardaşlarım var, onlardan biri 45 yaşındadır, oğlunun yaşı isə 25-dir. Mənə görə ailəmə söz gəlməsini istəmirəm".
Müğənni əlavə edib ki, səhnə adamı olsa da, geyim seçimlərində ailəsini düşündüyünü hər zaman ön planda tutur. "Cavan qızam, səhnə adamıyam, subayam, istədiyimi edə bilərəm. Amma ailəmi düşünürəm", - deyə Zeynəb Həsəni vurğulayıb.
Onun bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:54 / 15.01.2026
"Atamın utanaraq küçəyə çıxmasını istəmirəm"
Hazırda oxunan: "Atamın utanaraq küçəyə çıxmasını istəmirəm"
Hazırda oxunan: "Atamın utanaraq küçəyə çıxmasını istəmirəm"
590973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































