Türkiyənin milli voleybolçusu Zehra Güneş 8 ay əvvəl gündəmə gələn “lüks villa tikdirdiyi” iddialarını sosial media vasitəsilə təkzib edib. Əvvəlki aylarda memar Şafak Çakın Güneşlə birlikdə villanın önündə çəkilmiş fotosunu paylaşmasından sonra bu iddialar daha da böyümüşdü.
Bizim.Media xəbər verir ki, Güneş sosial şəbəkə hesabında etdiyi paylaşımda “Mənim heç vaxt belə bir evim olmayıb” ifadəsini işlədərək iddiaları rədd edib.
VakıfBank klubunda çıxış edən Zehra Güneş 8 ay əvvəl “super lüks villa tikdirdiyi” xəbərləri ilə gündəmə gəlmişdi. Sözügedən iddialarda villanın bağçasına Zehra Güneşin adının baş hərfi olan “Z”nin “günəş” formasında döşəmə ilə işlənəcəyi, hovuz kənarına isə voleybol topu formasında işıqlandırmalı heykəlin qoyulacağı irəli sürülmüşdü. Heykəlin arxasında “Girl Power” ifadəsinin “GRL PWR” şəklində neon lövhə ilə yazılacağı da iddia edilirdi.
Aylar sonra mövzu ilə bağlı paylaşım edən Zehra Güneş iddia edilən villanın bağçası olduğu deyilən bir fotosunu yayımlayıb və altına qısa qeyd əlavə edib.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:36 / 15.01.2026
Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” - FOTO
Hazırda oxunan: Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” - FOTO
Hazırda oxunan: Zehra Güneşdən 8 ay sonra etiraf: “Mənim heç vaxt belə bir evim olmayıb” - FOTO
590942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































