Tanınmış müğənni Zahidə Günəş açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, "Rəngarəng" verilişinin qonağı olan sənətçi onun barəsində ölüm xəbəri yayıldığını bildirib.
Zahidə Günəş bu məlumatın ailəsinə ciddi psixoloji təsir etdiyini deyib:
"Bacım həkimdir. İşdə olarkən qohumlardan biri sosial şəbəkədə ölüm xəbərimi görüb və bunu bacıma deyib. Deyiblər ki, Zahidə bir neçə saat əvvəl rəhmətə gedib, üstünə həkim gəlib. Bu xəbər mənə çox pis təsir etdi", - deyə müğənni qeyd edib.
Sənətçi həmin vaxt evdə olduğunu və heç nədən xəbərsiz gündəlik işləri ilə məşğul olduğunu vurğulayıb.
O, bu cür yalan məlumatların yayılmasını qəbuledilməz adlandırıb:
"Məni tanıyanlar bilir, ürəyimə görə necə insanam. Dedim ki, Yeni ili yaxşı keçirsin, yanvar ayından sonra bu yalan xəbəri yayanlarla məşğul olacağam".
Müğənninin bu etirafı studiyada və sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər yalan ölüm xəbərlərinin yayılmasını kəskin tənqid edərək, sənətçiyə dəstək olublar. (milli.az)
Bizim.Media

































































































