"Keçmiş ərim üçün elçi gedəcəyəm"

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

Hazırda oxunan: "Keçmiş ərim üçün elçi gedəcəyəm"

585983

Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, sənətçi ayrılıqlarına baxmayaraq, aralarındakı münasibətin hər zaman dostluq üzərində qurulduğunu bildirib.

Ümman açıqlamasında keçmiş həyat yoldaşı ilə uzun illərdir qarşılıqlı dəstək olduqlarını vurğulayıb:

"Biz ər-arvad olmamışdan əvvəl də dost idik. Bir-birimizə hər zaman dayaq olmuşuq. Artıq 17 ilə yaxındır bu münasibət davam edir".

Müğənni həmçinin etiraf edib ki, Rəhman Əliyevin yenidən ailə qurması üçün özü elçi getməyə hazırdır:

"Hətta onun üçün elçi gedəcəyəm. Demişəm ki, bu dəfə müğənni xanım almasın. Artıq uyğun gördüyümüz bir xanım namizəd də var".

Sənətçinin bu səmimi açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, müğənni əvvəllər tanınmış prodüser Rəhman Əliyevlə ailəli olub. R. Əliyev həm də Xalq artisti Tünzalə Ağayevanın ilk həyat yoldaşı kimi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO