Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Kareldən şikayətlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Günay Türkiyədə yayımlanan “Biz bize” verilişində danışıb.
Model deyib ki, oğlu Cihangirin viza məsələləri üçün atasının imzasına ehtiyacı var. Günayın sözlərinə görə, bununla bağlı dəfələrlə Tolqaya müraciət etsə də, cavab almayıb:
“Əslində bu barədə danışmaq istəmirdim. Amma oğlumun xəyalı üçün danışacağam. Cihangirin viza alması üçün atasından icazə kağızı lazımdır. Beş ildir bunun üçün çalışırıq, cavab gəlmir. Hətta Cihangir xəstələndi, İngiltərədə bir həkimlə danışdım. Atasına yazdım ki, sağlamlıq problemləri üçün icazə kağızı göndər, göndərmədi. Bundan başqa oğlumun ən böyük xəyalı “Disneyland”ə getməkdir. Mən də Parisə gedib-gəlirəm, deyir, ana, məni də apar.
Məktəbdə də sinif yoldaşları deyir ki, ata-anamızla “Disneyland”ə getdik. O da getmək istəyir. Bir gün ona izah etdim ki, belə bir məsələ var, 18 yaşına qədər atandan icazə kağızı lazımdır. Oğlum öz ad günündə atasına səsli mesaj göndərdi, dedi ki, xəyalımdır, getmək istəyirəm, icazə kağızı göndər. Dedim, bəlkə uşağın səsini eşidər, ad günündə insafa gələr. Amma göndərmədi. Bizim ondan heç vaxt maddi-mənəvi gözləntimiz olmayıb. Bu məsələləri qəbullanmışıq, çünki sevgi içdən gələn bir şeydir.
Tək istəyimiz, icazə kağızını göndərməsidir. Mən uşağımın xəyalını reallaşdırmaq istəyirəm. İnstaqramda dörd uşağını paylaşır. Beşinci uşağını gözdən çıxarıb, bunlara məyus olmuruq, artıq keçmişik. Buradan ona deyirəm ki, oğlu olaraq görməsin, düşünsün ki, bir uşaq xahiş edir, xəyalını reallaşdırmağa kömək edəcəksən. Bunu edə bilərsən.
Edəcəyin tək şey sənə yaxın olan səfirliyə gedib, bir imza atmaqdır. Bu, sənin 5 dəqiqəni alacaq. Ümid edirəm ki, bu dəfə edəcəksən.
Bu qədər qəddar olma, insafa gəl, insanlıq üçün et, bir uşağın xəyalını reallaşdırmağa kömək edəcəksən. Etsə, ömür boyu ona minnətdar olacağıq.
Dəfələrlə istəmişik, amma geri dönüş etməyib. Sadəcə bu kağızı göndərməyini istəyirik. Mən oğlumu təkcə Azərbaycana və Gürcüstana apara bilirəm. Orada da pasport yoxlanışında problem olur, sağ olsun gömrük işçiləri köməklik göstərir. Amma oğlum dünyanı gəzmək istəyir, 18 yaşından sonra bunu təmin edəcəyəm. Sadəcə indi “Disneyland”ə getmək arzusu var. Bəlkə Yeni ili orda keçirərik. Neçə dəfə xahiş etdim, sağlamlıq problemləri oldu, onda da göndərmədi. Bütün mesajları oxuyub geri dönüş etmir”.
Qeyd edək ki, Tolqa illərdir Amerikada yaşayır, onun ikinci evliliyindən 4 övladı var.
Sara, Bizim.Media
































































































