Azərbaycanın Xalq artisti Röya 2025-ci ildə YouTube platformasında ölkənin ən çox dinlənilən ifaçısı olub.
Bizim.Media xəbər verir ki, “YouTube Charts”ın məlumatına görə, o, il ərzində toplanan 162 milyon dinlənmə ilə tam liderliyə yüksəlib.
Röyanı ən çox Bakıda dinləyiblər. Paytaxtdan 91,9 milyon baxış qeydə alınıb. Xalq artistinin bu il YouTube-da ən çox dinlənilən mahnısı isə “Elə bilmə” olub.
Qeyd edək ki, 2025-ci ildə Röya Ayxan yaradıcılığının 25 illiyini qeyd edib və ölkənin aparıcı konsert məkanları — Heydər Əliyev Sarayı və Bakı Konqres Mərkəzində dörd gün ardıcıl anşlaqla çıxış edib.


Bizim.Media




























































































