“Mortal Kombat”ın aktyoru öldü – FOTO

“Mortal Kombat”ın aktyoru öldü – FOTO

Hazırda oxunan: “Mortal Kombat”ın aktyoru öldü – FOTO

583974

"Mortal Kombat" filmindəki Şanq Tsunq rolu ilə tanınan aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçi ABŞ-ın Santa-Barbara şəhərindəki evində dünyasını dəyişib. 

Aktyorun ölüm səbəbi kimi insultdan sonrakı fəsadlar göstərilir. 

Taqava rejissor Bernardo Bertoluççinin 1987-ci ildə lentə aldığı “Sonuncu imperator” filmi ilə populyarlıq qazanıb. Film “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. 
 

Ona dünya şöhrətini isə “Ölümcül döyüş” (“Mortal Kombat”) filmində canlandırdığı Şan Szun rolu qazandırıb.


Aktyor “Geyşanın memuarları” və “Yüksək qəsrdəki adam” da daxil olmaqla ümumilikdə 150-dən çox filmdə rol alıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO