Müğənni Şəbnəm Tovuzlu ən böyük arzusunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, "Günə uğurla" verilişinə gələn sənətçi uşaq vaxtı itirdiyi anasını xatırlayıb:
"Yaş yarımlıqda uşaq idim. Anamın xalasını görüb, ona ana demişəm. Tərxanım xanım sonsuz olub, atam Ələddinlə məni böyüdüblər. 15 yaşım olanda bilmişəm ki, doğma atam və anam deyillər. Allah atama ömür versin, gözəl insandır. Ən böyük arzum əsl anamın yuxuma gəkməyidir.
Onun üzünü heç görməmişəm. Ömrümün sonunda belə olsa onu bir dəfə görmək istəyirəm. Nənələrim, xalalarım yuxuma gəlir, amma anam yox. Onu heç olmasa yuxuda görüm. Bəlkə simasını xatırlamıram, ona görə gəlmir". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:54 / 28.11.2025
"Anamın üzünü yuxuda belə görməmişəm"
Hazırda oxunan: "Anamın üzünü yuxuda belə görməmişəm"
Hazırda oxunan: "Anamın üzünü yuxuda belə görməmişəm"
582927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































