"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

Hazırda oxunan: "Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

582777

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib.

Onun sözlərinə görə, övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir:

"Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm".

Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb:

"Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağılar, ölərəm - həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə, keçmirəm".

Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO