Əməkdar artist Elton Hüseynəliyev övladlarının sənət seçimi ilə bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində danışıb.
Sənətçi onların müğənni olmasını istəmədiyini etiraf edib:
"Övladlarım müğənni olmaq istəsəydilər, onları dəstəkləməzdim. Bu, çox çətin peşədir. Evdə bir müğənni var. Onlar başqa sahəni seçdilər. Musiqiçi, bəstəkar olsaydılar, dəstəkləyərdim. Amma müğənni kimi, özümü dəstəkləyirəm və bu kifayət edir".
Qeyd edək ki, Eltonun 2 qız övladı var. (axsam.az)
Bizim.Media
































































































