Toylarına Cenifer də qatıldı - FOTO

Toylarına Cenifer də qatıldı - FOTO

Hazırda oxunan: Toylarına Cenifer də qatıldı - FOTO

582019

Hindistanda milyarder əczaçılıq varisi Netra Mantena və texnologiya sahibkarı Vamsi Gadirajunun toy mərasimi dünya mediasının diqqət mərkəzinə çevrilib.

Bizim.Media “Times of India”ya istinadən xəbər verir ki, toy 21-24 noyabr tarixlərində keçirilir.
 

Əsas nikah mərasimi isə ötən gün Udaipurdakı məşhur Jag Mandir ada sarayında baş tutub. Toya Amerikalı ulduz Cenifer Lopez “Bollywood”un məşhurları və iş adamları qatılıb.


Mərasim həm də dəbdəbəli dekorasiyası ilə sosial şəbəkələrdə geniş müzakirə edilib.

Qeyd edək ki, gəlinin atası Rama Raju Mantena ABŞ-də əczaçılıq sahəsində qurduğu biznes imperiyası ilə tanınır.

Bu səbəblə toy yalnız ailəvi bir hadisə deyil, həm də böyük biznes çevrələrini bir araya gətirən sosial tədbir kimi qiymətləndirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO