Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

Hazırda oxunan: Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

580681

Əməkdar artist Könül Kərimova şəxsi həyatına dair səmimi açıqlamaları ilə diqqət çəkib.

Ölkə.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında nənə olmağın hisslərini sözlə ifadə etməyin çətin olduğunu deyib:

"Övladın yeri ayrı, nəvə isə tam başqa bir duyğudur. Bunu yaşayan daha yaxşı anlayır".

Könül Kərimova oğlu Rəşadla bağlı ən böyük arzusunu da dilə gətirib:
 

"İstəyirəm ki, Rəşadın qız övladı olsun və ona mənim adımı versin. Övladlarım hisslərimə hər zaman hörmətlə yanaşıb, buna görə tərəddüdləri olmaz".


Veriliş zamanı sənətçiyə qonşusundan illər sonra gələn maraqlı məktub da təqdim olunub.

Qonşu məktubda bir vaxtlar Novruz bayramında onların qapısına papaq atdığını, cavab gəlmədiyi üçün pəncərəyə kartof atdığını etiraf edib və bu hərəkətinə görə müğənnidən üzr istəyib. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO