Təyyar Bayramov Kərimin qalmaqallı paylaşımına CAVAB VERDİ - VİDEO

Təyyar Bayramov Kərimin qalmaqallı paylaşımına CAVAB VERDİ - VİDEO

Hazırda oxunan: Təyyar Bayramov Kərimin qalmaqallı paylaşımına CAVAB VERDİ - VİDEO

579421

Əməkdar artist Təyyar Bayramov bir müddət öncə ifası ilə bağlı tənqidi paylaşım edən müğənni Kərim Abbasovla bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə xanəndə “Rəngarəng” verilişində danışıb.

Sənətçi deyib ki, Kərimlə görüşüb bu haqda söhbət ediblər:

“Həyatda hər kəsin bir mövqeyi var. Bizim də mövqeyimiz  odur ki, sənətimizlə gündəmə gələk... İnsan robot deyil, haradasa ifa kimin üçünsə alınar, kimin üçünsə alınmaz.  Kərimlə münasibətim pis olmayıb. Onunla da görüşdük. Mənə fikrini aydınlaşdırıb. Həyatdır da kimsə nəyəsə görə nəsə axtarıb tapır, paylaşır. Bu söhbəti bağlayaq. Kim nəyi hansı fikirlə deyibsə, bunların hamısı öz həllini tapıb”.
 

Qeyd edək ki, Kərim bir müddət öncə Xalq artisti Samir Cəfərovla Əməkdar artist Təyyar Bayramovun canlı ifasını paylaşaraq “Nə vacibdir axı? Gücə düşməkdənsə, fonoqram oxuyun.


Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza “çullu dovşan” yerləşmir. Bütün gün gəncləri canlı oxumaqda qınayanlar…” sözlərini yazıb.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO