Məşhur "Kızılcık Şərbəti" serialından sevənlərini üzəcək xəbər gəlib.
Bizim.Media xəbər verir ki, "Doğa" obrazını canlandıran Sıla Türkoğlu 113-cü bölümdə seriala vida edəcək. Bu barədə prodüser Faruk Turqut öz sosial hesabında paylaşım edib.
Turqut açıqlamasında bunları bildirib:
"Kızılcık Şərbəti" serialımızın dəyərli aktrisası Sıla Türkoğlu 113-cü bölümdə seriala vida edəcək. Mövsümün əvvəlində ayrılmaq istədi, amma xahişimi qəbul etdi və 113-cü bölümə qədər qaldı.
Karyerasında daha böyük uğurlar qazanacağına tam əminəm. Çox sağ ol, Sıla. Sənə uğurlar arzulayıram."

Bizim.Media































































































