"Teatrda bəlli bir qanunlar var idi. Hər kəsi teatra götürmürdülər. Orada işləmək çətin idi.
Əgər yenisənsə, bir müddət kənarda qalacaqdın. İllərlə işləyən peşəkarlar və qısqanma hissi var idi. İndi yeni gələn gənclər 1-2 ilə baş rol alırlar. İndi teatrın tələbləri yüksək deyil.
Yetər ki, teatra həvəs olsun. Görünüşü yaxşıdırsa, bədən hərəkəti edirsə kifayətdir.
Bizim vaxtımızda bu mümkün deyildi. Üç-dörd il arxa planda rəqs edir, səhnəyə çıxır 2-3 kəlimə deyib qayıdırdın. Artıq teatr dəbdə deyil. O vaxt daha dəbdə idi".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mələk Abbaszadə "Min maska" proqramında deyib. Aktrisa illər əvvəl teatrdan getməsinin səbəbini açıqlayıb.
M.Abbaszadə Türkiyə və Rusiyada teatrlarda çalışdığını deyib:
"Həyatımda iki dəfə xaricə getdim. Amma ikisində də Bakıya qayıtdım.
Birində Türkiyədə özəl teatrda çalışdım. Moskvada da universiteti bitirəndən sonra 1 ay teatrları gəzdim.
Türkiyədə həm də serialda oynadım. Bilmirəm, məmləkimdə faydalı olmaq, iz qoymaq istədim". (axsam.az)
Bizim.Media
































































































