Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova müğənni xalası Lalə Dadaşova ilə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Elgizlə izlə”də danışıb.
O, xalasının adını çəkən aparıcı Elgiz Əkbərin sözünü kəsərək bunları söyləyib:
“O adda insanı tanımıram, tanımaq da istəmirəm. Bir insan ki, xala olaraq sosial mediada ağzına gələni yazırsa... Lap mən yanlış demişəm, amma sən böyüksən. Düzdür, sözlərimdə heç bri yanlışlıq yoxdur, yalan yoxdur.
Nə yaşayıramsa, onu danışıram. İnsan umduğu yerdən küsər. Xala kimi zəng et, de ki, nə problem var? Sən sosial mediada yazırsan ki, belə-elə... Hər kəs öz keçmişinə baxsın, mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə yalnız anam zəng edib nəsə deyə bilər. Heç kim mənimlə anamın söhbətinə qarışa bilməz.
Atam sağ olsaydı, müdaxilə edə bilərdi. Atam olmayan yerdə anamla söhbətimizə qarışa bilməzlər. Heç kim qarışa bilməz. Hər kəs öz aynasına baxsın, bir məndən danışanda, 5 özlərindən danışsınlar. Hələ öz böyüklüyümü göstərirəm, elə sözlər var ki, burada demirəm. Atamdan başqa heç kimin üstümdə haqqı yoxdur. Əgər mnəə zəng edib demiş olsa, mən də efirdə danışsam, deyərdi ki, qızım axı bunu sənə demişəm. Özü də çox biədəb şəkildə yazıb”.
Sara, Bizim.Media
































































































