Əməkdar artist Dilarə Əliyeva efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, sənətçinin qayınanası Elmira İsmayılova “Qonaqcanlı” verilişinə canlı bağlantı ilə qoşulub.
E. İsmayılova gəlinini ad günü münasibətilə təbrik edib:
“Dilarə, gözəl balam, səni təbrik edirəm, Allah sənə uzun ömür, xoşbəxtlik versin. Həmişə olduğun kimi ol. Necə ki, mənim ürəyimdə yer tapıbsan. Sən mənim qəlbimdəsən. Min yaşayasan, balalarınla, öz işlərinlə, yaradıcılığınla, uğurlarınla xoşbəxt olasan. Ürəyim arxayındır. Fəxr edirəm ki, o cür gözəl gəlinim var”.
Qayınanasının təbrikindən sonra aktrisa göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, D. Əliyevanın həyat yoldaşı Oqtay Əliyev iki il əvvəl vəfat edib.
Sara, Bizim.Media




























































































