Bir vaxtlar qalmaqal yaşayan müğənnilər Şəbnəm Tovuzlu və Damla illər sonra bir araya gəlib.
Bizim.Media xəbər verir ki, onlar məclislərin birində birgə səhnə alıb.
Şəbnəm Damla ilə videosunu izləyiciləri ilə bölüşüb. İfaçıların birgə görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, Şəbnəm və Damla illər öncə qalmaqal yaşamış, hətta Şəbnəm “Damla mənim rəqibim deyil” kimi açıqlamalar vermişdi.
Lakin onlar son zamanlar münasibətlərinin yaxşı olduğunu bildirmişdilər.
Sara, Bizim.Media