Əməkdar artist Mehriban Xanlarovanın qızı Aysel Xanlarova yenidən efirə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aysel “Günə uğurla” verilişində danışıb.
O, deyib ki, anası efirdə onunla qucaqlaşsa da, barışmayıb:
“Efirdən sonra dedi ki, “səninlə barışmıram”. Bir dəfə demişdi ki, “ölsəm, ölümün üstünə gəlmə”. Nə qədər cəhd etdim, amma barışmadı. Mən 3 yaşımda yetim qalmışam, atam yoxdur, anam xəstə olub vəfat edib.
Mehriban xanım mənə xala yox, ana olub. Dörd uşağım onunla qalırdı, iki uşağım rayonda yanımda idi. Bundan əlavə bazarlığımı, geyimimi hər şeyi o alırdı.
Mehriban xanımın kaprizlərinə dözməyə hazıram. Kənardan müdaxilə olanda ona inanır. Mənim xalam yox, anam olub. Onun sayəsində mən Aysel Xanlarovayam.
Aramızı vuranlar olub”.
Sara, Bizim.Media