Şairə Nazilə Səfərli xərçəngdən əziyyət çəkən atasından danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazilə “Tarixin bir günü” verilişində açıqlama verib.
Nazilə göz yaşı tökərək atasının onu tanımadığını deyib:
“Atamgilə getmişdim, dedim ki, ata, gözün aydın, qız nəvənə üzük gəlir. Bacımın qızına “həri” üzüyü gəlir. O da soruşdu ki, kimə? Anam da dedi ki, əslində demişəm, yadından çıxıb.
Mən də söylədim ki, nəvən ərə gedir, gözün aydın, deyəndə... Atam içəri keçib, soruşub iki, o gəlin kimiydi?
Atam məni tanımayıb. Anam da deyib ki, qızındır da... Yenə soruşub ki, o gəlin kimiydi, mənə xeyir-dua verdi”.
Sara, Bizim.Media