Həbsxanada olan müğənni Rəqsanə İsmayılovanın qızı Yağmur anası və bacısı ilə bağlı sualları cavablandırıb.
Bizim.Media xəbər verir ki, Yağmur Rusiyada yaşadığını bildirib.
O, bacısını tək qoyduğunu iddia edən izləyicilərə cavab verərək Aysunun tez-tez yanına gəldiyini bildirib:
“Hər kəsin öz həyatı var, mən Azərbaycanda 1 ay öncə olmuşam.
Mənim də işlərim, öz həyatım var və bu, o demək deyil ki, mən anamı, ya da bacımı istəmirəm.
Sadəcə olaraq əlimdən orada olsam da, heç nə gəlmir. Bu tip şərhləri nə fikirlərlə yazırsız anlamıram. Bacım da Rusiyaya gəlir, görüşük”.
Sara, Bizim.Media