Müğənni Şəbnəm Tovuzlu atasının səhhətindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şəbnəm “Qonaqcanlı”da açıqlama verib.
O, infarkt keçirdən atasının hazırda yaxşı olduğunu bildirib: “Atam bizi çox qorxutdu.
Onu çox sevirəm. Doğma atamla bağlı dediyim ifadələri səhv başa düşdülər.
Məni böyüdən atam Ələddin kişidir. O, məni böyüdüb, tərbiyə verib, həyatda hər şeyin gözəlini yaşadıb.
Bakıya gətirdim, burada müalicə aldı, qayıtdı. Söz verib ki, özünə daha çox fikir verəcək.
İndi yaxşıdır. Həyat yoldaşı yanındadır. Çox sağ olsun, atama çox yaxşı baxır”.
Sara, Bizim.Media