Aparıcı Vüsalə Əlizadə açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, “İncə səhər” verilişində qız övladlarından söz açıb.
Əlizadə çıxışında bəzi ataları tənqid edib:
“Bu sözü həm demək istəyirəm, həm demək istəmirəm. Bütün qızlar atalarının şah əsəridirmi? Kaş ki, bütün atalar bunu ətraflı düşünərdi. Kaş bütün atalar dərk edə ki, mənim arxamda qız övladı adı altında böyüyən bir parçam var. Kaş, hər kəsin qüruru biraz incinə... Çox təəssüf. Bəzən çox təəssüf edirik. Allah var etsin, Allah qız övladını canı qədər, nəfəsi qədət qoruyan atalarımızı qorusun”.
Sosial şəbəkə istifadəçiləri aparıcının keçmiş həyat yoldaşı Azər Zahidə söz atdığını iddia edib.
Sara, Bizim.Media