Elza Seyidcahan ağlını və şeirlərini SIĞORTALAYACAQ

Elza Seyidcahan ağlını və şeirlərini SIĞORTALAYACAQ

Hazırda oxunan: Elza Seyidcahan ağlını və şeirlərini SIĞORTALAYACAQ

55126

Dünyada bir sıra maraqlı sığorta növləri mövcuddur. Məsələn, bir çox Dünya ulduzu öz bədən üzvlərini sığortalayıb. Aktirsa Cennifer Lopez elə bu ulduzlara misaldır. Yaxud da gülüşünü sığortalayan Culiya Robertsin adını çəkmək olar.Bəs Azərbaycanda bu növ sığorta edən şirkətlər varmı?

Bizim.Media xəbər verir ki, sözügedən mövzu ilə bağlı İctimai TV-nin "Xəbər Yekun" verilişində süjet yayımlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Elza Seyidcahana söz atan şəxsi idmançı sevgilisi döydü - VİDEO


Proqrama danışan Əməkdar artist Elza Seyidcahan deyib ki, ağlını və şeirlərini sığortalamaq istəyər. Digər müğənni Fuad Musayev isə səs tellərini sığortalamaq istədiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, ölkəmizdə bu istiqamətdə işlər zəif inkişaf edib:

"Konkret sayı ilə deyə bilmərik ki, hansı futbolçu ayağını, yaxud da musiqiçi səsini sığortalayıb. Çünki bu sığorta sirri sayılan məsələdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO