Elza Seyidcahana söz atan şəxsi idmançı sevgilisi döydü - VİDEO

Hazırda oxunan: Elza Seyidcahana söz atan şəxsi idmançı sevgilisi döydü - VİDEO

52747

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı olan Elza Seyidcahan ilk sevgilisindən danışıb və xatirələrini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, orta məktəbdə oxuduğum zamanlarda Cavid Ağaverdiyev adlı parta yoldaşının ona aşiq olduğunu deyib:

"Cüdo ilə məşğul olurdu. Zəngin ailənin oğlu idi. Bir gün məktəbdə bir oğlan mənə söz atmışdı, Cavid onu döymüşdü. Biz məktəbi bitirəndə küsülü ayrıldıq.

O, əsgərliyə getdi, mən evləndim. Bacısı Arzu ilə münasibətimiz yaxşı idi, əlaqəmiz vardı. Arzu Cavidə zəng vurub deyib ki, Elza ərə gedib.
 

Cavid də deyib ki, dostum etibarsız çıxdı. Bacısı da başa düşüb ki, qardaşı məni sevirmiş. Cavid tarix fakültəsini bitirdi, lakin həyat onu elə bir sınağa çəkdi ki, həbsxanaya düşdü. Fəxr edirəm ki, onun kimi sinif yoldaşım olub.


Onu çox sevirəm. O vaxt elçi gəlsəydi, uça-uça gedərdim. Həbsxanadan çıxdıqdan sonra yanına getdim. Söhbət etdik. Sonradan bacısı Arzu ilə danışanda dedim ki, mən Cavidə deməyə utandım. Sən ona de, həkimlə danışım, dişlərini düzəltdirək. Cavid razılaşmışdı”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO