Elza Seyidcahanın oğlu deyir ki: “Anam belə şeirləri…” - VİDEO

Elza Seyidcahanın oğlu deyir ki: “Anam belə şeirləri…” - VİDEO

Hazırda oxunan: Elza Seyidcahanın oğlu deyir ki: “Anam belə şeirləri…” - VİDEO

0:00
0:00
49501

Əməkdar artist Elza Seyidcahan qalmaqallı şeirləri ilə gündəmdə qalmaqdadır.

Bizim.Media xəbər verir ki, "Qonağım ol" proqamının qonağı olan sənətçi oğlu Ələkbərlə münasibətlərindən söz açıb. İfaçı övladının onu şeirlərinə görə qınaması məsələsinə aydınlıq gətirib.

Seyidcahan bildirib ki, oğlu əvvəllər onun belə şeirlər yazmağına qarşı çıxsa da, sonradan problem yaratmayıb: 

“Hamı yazır ki, Elza Seyidcahanın oğlu ondan küsüb dindirmir. Mənim oğlum elə tərbiyənin yiyəsi deyil ki, anası ilə danışmasın, ona qarşı kobudluq etsin. Mənim övladımı pis qələmə verirlər. Ələkbər çox tərbiyəlidir. O, indi mənim şeirlərimi çox gözəl başa düşür. Oğlum o qədər safdır ki, ona şeirlərim haqqında sual veriləndə həmin sualı verən adamın aurasına düşür və deyir ki “Hə, gərək anam bu şeiri yazmasın”. Oğlum bilir ki, onun anası haqlıdır, düz yoldadır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO