Müğənni Təranə Qumralın ad günündə ŞOK OLAY - Polislər məclisi dağıtdı?

Müğənni Təranə Qumralın ad günündə ŞOK OLAY - Polislər məclisi dağıtdı?

Hazırda oxunan: Müğənni Təranə Qumralın ad günündə ŞOK OLAY - Polislər məclisi dağıtdı?

46439

Müğənni Təranə Qumral dünən özünə ad günü keçirib. 30 nəfərlik qonaqla Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki “Darçın” restoranında baş tutan təmtəraqlı məclisin sonu yaxşı bitməyib.

Belə ki, polislər məclisə girərək, COVİD pasport yoxlanışını aparıblar. Qanuna zidd məqamlar aşkar edildiyindən məclis dağıdılıb. 

Bizim.Media olaraq yayılan xəbərlə bağlı Təranə Qumralla əlaqə saxladıq. Lakin müğənni məsələ ilə bağlı verdiyimiz sualı dolayı yolla cavablamaqdan yayındı. Məsələni təkzib etməyə çalışdı.

“Elə bir şey olmayıb, ola da bilməz. Çünki biz qanunlara riayət edərək məclisi keçirmişik. Hamımızın da vaksin sənədi var. Qanun hamı üçün qanundur. Onlar bizə gecə 12-yə qədər icazə verir ki, restoranlarda məclis keçirək, həmçinin toylarda olaq. Qanun çərçivəsində işimizi görərək 12-ə qalmış 20 dəqiqə məclisi bitirib məkanı tərk etmişik”.

Müğənni həmçinin ad günün dünən yox, 1 ay bundan əvvəl olduğunu sadəcə şəhidlərin ilini gözləyərək indi etdiyini də diqqətə çatdırıb:

“Əslində mənim ad günüm dünən yox, oktyabrın 16-sı idi. Sadəcə şəhidlərimizə görə heç istəmirdim ad günümü qeyd edim. Buna həvəs də yox idi. Şəhidlərimizin ilinə görə ad günümü 1 ay sonra etdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO