Aqil M.Quliyev görün nə hala düşdü - FOTO

Aqil M.Quliyev görün nə hala düşdü - FOTO

Hazırda oxunan: Aqil M.Quliyev görün nə hala düşdü - FOTO

31134

Məşhur rejissor Aqil M.Quliyev xarici görünüşü ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, "Ziq-Zaq" verilişinə qonaq olan rejissor xeyli arıqlayıb. Çəki atmasından danışan M.Quliyev 120 kiloqrama qədər kökəldiyini, hazırda isə 43 kiloqram arıqladığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Aqil M. Quliyev narkotiklərə niyə “yox” dedi? - VİDEO


"39-40 yaşıma qədər belə arıq olmuşam. Yaşıdlarıma gülürdüm ki, sizin böyük qarnınız var, köksünüz... Sonra mən də başladım kökəldim. Çəkim 120 kiloqrama qədər artdı. Çox əziyyət çəkirdim. Böyük kompleks yaşayırdım. Birdən-birə çox yeməyə başladım. Kök olduğum üçün efirlərə getmirdim, şəhərə çıxa bilmirdim.

Biri var, uşaqlıqdan kök olasan, bu, sənə yaraşa və rahat olasan, biri də var, sonradan kökələsən. Mən özümü çox narahat hiss edirdim.

Arıqlamağım üçün xüsusi bir şey etmədim, sadəcə yavaş-yavaş yeməyə başladım. Hazırda xüsusi pəhriz saxlamıram, hər şey də yeyirəm, amma az-az və yavaş-yavaş yeyirəm. Hazırda çəkim 77 kiloqramdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO